Polis qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya verilən məlumata görə, sentyabrın 19-da polis əməkdaşları paytaxtda və rayonlarda müxtəlif markalı 6 tüfəng təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 3 tüfəng, 1 patron darağı və 9 patron aşkar edilərək götürülüb.