Ötən gün 57 cinayətin üstü açılıb

Xəbərlər

31.01.2026 - 12:51

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Yanvarın 30-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 120, o cümlədən borclu şəxs qismində axtarışda olan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş