Ötən gün 5 nəfər xilas edilib

Xəbərlər

19.08.2024 - 17:26

cedabet dərman SEO Xidməti

Mənzildə meyit aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakının Nizami rayonu ərazisində 2 nəfərin liftdə, Nəsimi rayonunda 1, Binəqədi rayonunda 1, Nizami rayonunda 1 və Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib, bir nəfərin isə meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş