Ötən gün 43 cinayətin üstü açılıb

Xəbərlər

29.11.2025 - 13:36

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Ötən gün ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 341, o cümlədən borclu şəxs qismində axtarışda olan 319 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş