Ötən gün 105 toy şənliyinin monitorinqi aparılıb

Xəbərlər

16.02.2022 - 13:28

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 pasportu olmadığı müəyyən edilən 29 nəfər şənliklərə buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri fevralın 15-də Bakıda və respublikanın digər ərazisində 105 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı COVID-19 pasportu olmadığı müəyyən edilən 29 nəfər şənliklərə buraxılmayıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş