Ötən ay TƏBİB-in Çağrı Mərkəzinə 12 minə yaxın zəng daxil olub

Xəbərlər

11.12.2025 - 13:41

11 min 508-i dərhal cavablandırılıb, 164-ü isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib

Cari ilin noyabr ayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “815” Çağrı Mərkəzinə ümumilikdə 11 min 672 zəng daxil olub.

AYNA.AZ xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.

O deyib ki, müraciətlərdən 11 min 508-i dərhal cavablandırılıb, 164-ü isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib: "68 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib. Digər 48 müraciətlə bağlı məsələ həll olunub, 48 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib. Daxil olan müraciətlərin mövzusuna gəlincə, bu, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş