Ötən ay sərhəddə 10,9 milyon manatlıq qaçaqmal tutulub

Xəbərlər

03.03.2026 - 19:10

2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Ötən ay Dövlət Sərhəd Xidməti tərəfindən qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 10 milyon 912 min 328 manat оlan qaçaqmal, о cümlədən dərman preparatları, kosmetik vasitələr və tütün məmulatları aşkar olunaraq götürülüb. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, 2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 298 kiloqram 299 qram narkоtik vasitə və 2990 ədəd narkotik tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş