Ötən ay Elm və Təhsil Nazirliyinə 41 mindən çox vətəndaş müraciəti daxil olub

Xəbərlər

01.10.2025 - 19:03

Vətəndaş qəbulu zamanı 6 470 müraciət qeydə alınıb

Sentyabrın 16-dan 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 41 811 vətəndaş müraciəti daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, müraciətlərin 26 523-ü çağrı mərkəzləri, 7 174-ü elektron, 1 644-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 470 müraciət qeydə alınıb.

Müraciətlər müəllimlərin iş yerinin dəyişdirilməsi, təhsil tələbə krediti, şagird yerdəyişməsi, xarici diplomların tanınması, məktəbəhazırlıq qrupları, məktəbəqədər təhsil və digər məsələlərlə bağlı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş