Ötən ay beş aptekdə çatışmazlıqlar aşkarlanıb

Xəbərlər

11.12.2025 - 14:16

Bunlardan 24-ü Bakıda, qalan dördü isə ölkənin digər şəhər və rayonlarında olub

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2025-ci ilin noyabr ayında 28 aptekdə yoxlama aparıb. AYNA.AZ xəbər verir ki, bu barədə AEM-dən bildirilib.

Bunlardan 24-ü Bakıda, qalan dördü isə ölkənin digər şəhər və rayonlarında olub.

Mərkəz tərəfindən 22 aptekdə – planlı, 6 aptekdə isə plandankənar yoxlamalar aparılıb. Monitorinq zamanı beş aptekdə çatışmazlıqlar aşkar edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollar tərtib edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş