Ötən ay 6 min 443 hektardan çox ərazi minalardan təmizlənib

Xəbərlər

01.12.2025 - 16:35

ANAMA noyabrda icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən noyabrda icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AYNA.AZ-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 575, tankəleyhinə 208 mina, 6 min 510 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Qeyd edilib ki, noyabr ayı ərzində 6 min 443,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş