Ötən ay 3800 şəxsə əlillik təyin olunub

Xəbərlər

13.02.2026 - 15:10

Onlardan 1800-nə ilkin, 2000-nə isə təkrar əlillik təyinatı aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar ayında 3800 şəxsə əlillik təyin edilib.

Nazirlikdən AYNA.AZ-a verilən məlumata görə, onlardan 1800-nə ilkin, 2000-nə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş