Orta məktəb şagirdi qızdırmadan vəfat edib

Hadisə

14.01.2020 - 16:27

Həkimlər Klinikalar SEO Xidməti

O, valideynləri tərəfindən Bakıya aparılarkən yolda ölüb

 

Balakən rayonunda 10 yaşlı uşaq vəfat edib. O, Bakıya aparılarkən yolda dünyasını dəyişib. AYNA xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hadisə barədə rəsmi məlumat yayıb.

 

Məlumata görə, 11 yanvar 2020-ci il saat 10:24-də, 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən Rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

 

12 yanvar 2020-ci il saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Bundan sonra valideynləri tərəfindən Bakıya aparılarkən yolda ölüb.

 

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.

 

Qeyd edək ki, Turan Mahatov orta məktəbin dördüncü sinfində oxuyurdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş