“Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur”
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.
AYNA-nın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə görə, düşmən cavab atəşi ilə qarşı tərəf susdurulub.
Qeyd edilib ki, aAzərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.