Ordumuzun dəniz piyada bölmələrinin təlimi keçirilib - VİDEO

Xəbərlər

20.02.2025 - 16:05

Həkimlər Klinikalar SEO Xidməti

Tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib, qarşıya qoyulmuş məqsədlərə tam nail olunub

Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə təlim keçirilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, plana əsasən icra olunacaq fəaliyyətlər dəqiqləşdirildikdən sonra bölmələr şərti düşmən pusqusuna qarşı fəaliyyəti yerinə yetiriblər.

Mobil qruplar əlverişsiz hava şəraitində, meşəlik və dağlıq ərazilərdə vaxt normativinə uyğun təyin olunan istiqamətdə irəliləyib və pusqunu dəf edib. Həmçinin yaralılara ilkin tibbi yardım və təxliyə tapşırıqları uğurla icra edilib.

Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübənin tətbiq edildiyi, eləcə də şəxsi heyətin dözümlülük və praktiki vərdişlərinin artırılması məqsədilə yerinə yetirilən təlimdə verilən tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib, qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş