Muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 29 sm-ə çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.
Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 29, Parağaçaq Qar Uçqunu Stansiyasında 7 sm, Şahbuz rayonunun Kükü kəndində 16 sm, Şərurda 5 sm, Sədərək və Kəngərlidə 3 sm, Şərurun Axura kəndində isə 8 sm qeydə alınıb.