Orban: “Zelenskinin təhdidlərinə boyun əyməyəcəyik”

Dünya

14.03.2026 - 19:37

"Macarıstan Ukrayna müstəmləkəsinə çevrilməyəcək"

"Macarıstan Ukrayna müstəmləkəsinə çevrilməyəcək". AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Macarıstanın Baş nazir Viktor Orban video müraciətində bildirib.

Baş nazir vurğulayıb ki, Macarıstan Ukrayna Prezidenti Volodimir Zelenskinin təhdidlərinə və şantajına uymayacaq.

Baş nazir həmvətənlərini 15 martda hökuməti dəstəkləmək üçün nümayiş keçirməyə çağırıb: “Sabah sülh üçün yürüş edəcəyik. Ukrayna şantajına qarşı müqavimət göstərməyin vaxtıdır. Zelenski burada əmr verməyəcək!”

O bildirib ki, Ukrayna hakimiyyəti hələ də Kiyevə gedən bir qrup macar mütəxəssisinin Rusiya neftini nəql etməsi nəzərdə tutulan “Drujba” neft kəmərini yoxlamasına icazə verməkdən imtina edir.

 “Ukrayna neft blokadasının 19-cu günü. Brüssel hələ də reallıqla barışmaqdan imtina edir, mütəxəssislərimizə hələ də "Drujba" neft boru kəmərinə giriş icazəsi verilmir. Avropa ucuz Rusiya nefti olmadan enerji böhranının öhdəsindən gələ bilməz, lakin onların sanksiyaları qüvvədə qalır", - Orban əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş