"Ukraynalılar Macarıstan seçki kampaniyasında dərindən iştirak edirlər"
Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı ölkə seçkilərinə müdaxilə etməkdə günahlandırıb.
AYNA.AZ xəbər verir ki, Orban “X” sosial media platformasında yazıb: "Ukraynalılar Macarıstan seçki kampaniyasında dərindən iştirak edirlər".
Macarıstan liderinin sözlərinə görə, Ukrayna Orbanın rəqiblərini öz şəxsi mənfəəti üçün maliyyələşdirir. O Macarıstanın öz gələcəyinə özü qərar verməli olduğunu vurğulayıb.