Orban Rusiyaya səfər edib: Avropa narahatdır

Dünya

05.07.2024 - 14:23

Həkimlər Klinikalar SEO Xidməti

Macarıstanın Baş naziri Moskvada Putinlə Ukrayna məsələsini müzakirə edəcək

Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya rəsmi səfər edib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstan Nazirlər Kabinetinin mətbuat katibi Bertalan Havaşi bildirib.

“Ukraynadakı münaqişənin həlli üzrə sülhməramlı missiyası çərçivəsində Baş nazir Orban Moskvaya səfər edib. Burada o, danışıqlar üçün Putinlə görüşəcək”, - mətbuat katibi qeyd edib.

Daha əvvəl “Flightaware” portalı bildirmişdi ki, göyərtəsində Viktor Orbanın olduğu iddia edilən təyyarə Vnukovo hava limanına enib.

Avropa diplomatları və rəsmiləri Orbanın Prezident Putinlə danışıqlar aparmaq üçün Rusiyaya səfərindən narahatdırlar. Onların fikrincə, Budapeşt Avropa İttifaqının (Aİ) “Moskvanı cəzalandırmaq və təcrid etmək” səylərini sarsıda bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş