“Biz Trampın prezidentliyindən sülh, əmin-amanlıq və iqtisadi dirçəliş gözləyirik”
“Macarıstan Donald Trampın ABŞ Prezidenti kimi fəaliyyətinin dünyaya müsbət dəyişikliklər gətirəcəyinə ümid edir”. AYNA xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi ilə bağlı deyib.
“Biz Donald Trampın prezidentliyindən sülh, əmin-amanlıq və iqtisadi dirçəliş gözləyirik. Dünya dəyişəcək və bu, macarlar üçün yaxşı olacaq", - deyə Orban “Facebook”da videomüraciətində bildirib.
Orban Trampın Avropada çoxdankı müttəfiqi hesab olunur və hər ikisi bir çox məsələlərdə eyni fikirdədirlər. Budapeşt Trampın Ağ Evə qayıtmasını Ukraynadakı münaqişənin həllinə ümidlə əlaqələndirir.