Orban: “Avropada çatışmayan inkişaf, qarşılıqlı hörmət TDT-də var”

Xəbərlər

07.10.2025 - 17:55

“Macarıstan Türk dövlətləri ilə bir arada olmaqdan şərəf duyur”

“Avropadan fərqli olaraq burada müharibə, qeyri-qanuni miqrasiya, ailə dəyərlərini sıxışdıran nələrsə yoxdur”. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bildirib.

Orban deyib ki, Avropada çatışmayan inkişaf, qarşılıqlı hörmətdir: “Bunlar burada var. Bu gün burada güclü liderlər toplaşıb”.

“Bu gün Ukrayna-Rusiya müharibəsi Avropa İttifaqının öz müharibəsi elan edilib”, - deyən Orban bildirib ki, macarlar Türk dünyasının sülhsevərliyini təqdir edir: “Biz sizinlə bir arada, sülhsevərlər düşərgəsində olmaqdan şərəf duyuruq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş