“Bizi narahat edən məqam geyinib-soyunma otaqları və duş yerləridir”
“Açıq havada idman yarışlarının keçirilməsi ilə bağlı Operativ Qərargahın tibbi bölməsinə metodik tövsiyələrin hazırlanması ilə bağlı tapşırıq verilib. Demək olar ki, metodik tövsiyələr artıq hazırlanıb və tamamlanıb. Qərargahın rəhbərliyinə təsdiq üçün təqdim edilib. Təsdiq olunduqdan sonra ictimaiyyətə çatdırılacaq”.
AYNA xəbər verir ki, Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı belə deyib. Bildirib ki, həmin tövsiyələrdə bir sıra ölkələrin təcrübəsindən istifadə edilib.
“Bizi narahat edən məqam geyinib-soyunma otaqları və duş yerləridir. Buradakı qaydaların necə olacağı metodik tövsiyələrdə əks olunacaq. Fiziki məsafənin gözlənilməsi açıq idman sahələrində ən vacib şərtdir. Qapalı idman müəssələrinin açılması yaxın günlərdə gözlənilmir. Gələcək günlərdə bu barədə aparılan müzakirələrin nəticəsi bildiriləcək”, - Bayramlı əlavə edib.