On yeddi Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

Xəbərlər

07.05.2025 - 16:17

Həkimlər Klinikalar SEO Xidməti

“Onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində tədbirlər həyata keçirilir”

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 6 may 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 17 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirilib.

Qeyd olunub ki, “DMX tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş