Omanda ABŞ-İran danışıqları keçirilir

Dünya

06.02.2026 - 13:32

İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir

Omanda ABŞ-İran danışıqları başlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu danışıqlar iyun ayında İsraillə İran arasında 12 günlük müharibədən sonra ABŞ-la İran arasında ilk rəsmi görüşdür.

Görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner iştirak edir.

İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş