Azərbaycanda koronavirus əleyhinə vurulan peyvəndlərin ümumi sayı 2 055 986-dır
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 615 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 149, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 466 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 055 986 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 184 780, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 821 206 təşkil edir.