Ölkədə icbari tibbi sığortanın tətbiqi təxirə salınıb

Cəmiyyət

06.05.2020 - 18:17

Həkimlər Klinikalar SEO Xidməti

İTSDA rəhbəri: “Pandemiya icbari tibbi sığorta planlarımızı pozdu”

 

“Pandemiya ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə mane oldu. Çünki il başlayandan bizim ölkə üzrə planlarımız vardı. 20-dən çox bölgədə icbari tibbi sığortanın sınağını keçirmişdik. Hətta, bölgələrdəki tibb müəsisələrinə 1000-dən çox müraciət olmuşdu”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

 

Onun sözlərinə görə, koronaviruslu xəstələrin vəziyyətinə üstünlük verildiyi indiki vəziyyətdə tibbi sığorta məsələsi kölgədə qalıb: “Biz ölkə üzrə icbari tibbi sığortanın tətbiqini gələn ilin - 2021-ci ilin yanvarına qədər təxirə salmışıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş