Ölkədaxili təyyarə reysləri bərpa oluna bilər

Xəbərlər

29.05.2020 - 18:29

cedabet dərman SEO Xidməti

İbrahim Məmmədov: “Daxili uçuşlarla bağlı xüsusi qaydalar müəyyənləşdiriləcək”

 

Azərbaycan daxilində təyyarə reysləri gələn həftədən bərpa edilə bilər. AYNA xəbər verir ki, Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın bugünkü brifinqində NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov belə deyib.

 

Bildirib ki, sözügedən məsələ ilə bağlı xüsusi qaydalar müəyyənləşdiriləcək: “Həmin qaydalar təyyarəyə giriş və çıxışda tətbiq ediləcək”.

 

Beynəlxalq uçuşların bərpasına gəldikdə, Məmmədov bunun tək Azərbaycandan asılı olmadığını qeyd edib: “Azərbaycana giriş və çıxışla bağlı məhdudiyyət 15 iyuna qədər uzadılıb. Əgər beynəlxalq uçuşlar bərpa olunacaqsa, bizim başqa ölkələrdən koronovirus testindən keçmə ilə bağlı sənədləri qarşılıqlı tanıma mexanizmi olmalıdır. Yəni Azərbaycanda karantindən keçən şəxsin Türkiyədə karantindən keçməsinə ehtiyac olmasın. Başqa ölkələrdən Azərbaycana qayıdışla bağlı bu, mühüm məqamdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş