Ölkədaxili qatarlarda pulsuz “Wi-Fi” xidməti test edilir

Xəbərlər

29.10.2024 - 15:39

cedabet dərman SEO Xidməti

Kəsintisiz internetdən istifadə üçün cihazları “ADY Free” şəbəkəsindən ayırıb yenidən qoşmaq kifayət edir

Bu gündən başlayaraq “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkədaxili qatarlarda test rejimində pulsuz “Wi-Fi” xidmətini tətbiq edir.

ADY-dən AYNA-ya bildirilib ki, pilot layihə çərçivəsində ilkin olaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində bu xidmət istifadəyə veriləcək.

Mərhələli şəkildə “Wi-Fi” bağlantısı ölkədaxili istiqamətlərdə xidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim ediləcək.

Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY, həmçinin stansiya və vağzallarda mövcud olan “Wi-Fi” zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb.

Kəsintisiz internetdən istifadə üçün cihazları “ADY Free” şəbəkəsindən ayırıb yenidən qoşmaq kifayət edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş