Ölkə ərazisində 128 nəfər saxlanılıb

Hadisə

14.12.2024 - 12:12

Həkimlər Klinikalar SEO Xidməti

Dörd cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub

Dekabrın 13-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. AYNA bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 128, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Müəllif: Ayna.az