Oğuzda evdən meyit tapılıb

Hadisə

19.12.2023 - 19:19

Həkimlər Klinikalar SEO Xidməti

Ölən şəxsin spirtli içkiyə meyilli olduğu bildirilib

Oğuz rayonunda 58 yaşlı kişi evdə ölü tapılıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, rayonun Qumlaq kəndində kənd sakini 1965-ci il təvəllüdlü Eyvaz Mirzə oğlu Qocayevin yaşadığı evdə meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, 58 yaşlı E.Qocayev spirtli içkiyə meyilli olub və evdə tək yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş