Oğuzda ağır qəza

Hadisə

20.12.2025 - 22:46

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır

Oğuz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. AYNA.AZ xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həyatını itirən sərnişin Balakən rayonu Qazma kənd sakini, 64 yaşlı Şadnus Hümbətovdur.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş