Oğurladığı pulları küçəyə səpdi

Dünya

25.12.2019 - 06:37

Həkimlər Klinikalar SEO Xidməti

Bankdan qarət edilən pulun məbləği açıqlanmır

 

ABŞ-da qeyri-adi bank soyğunçuluğu baş verib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Kolorado ştatının Kolorado-Sprinqs şəhərində baş verib. Bir nəfər bankı soyub, sonra küçəyə qaçaraq qarət etdiyi pulları havaya səpərək "Milad bayramınız mübarək", - deyib.

 

Hadisəni törədən şəxsin 65 yaşlı Devid Oliver olduğu müəyyənləşdirilib. Şahidlərdən biri KKTV telekanalına deyib ki, bayram arzularından sonra soyğunçu yaxınlıqdakı qəhvəxanaya gedib.

 

O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Polisin məlumatına görə, Devid Oliver tutulma zamanı müqavimət göstərməyib. Onun üzərində silah aşkarlanmayıb. Hadisə şahidləri nəşrə bildirib ki, yoldan keçənlər soyğunçu tərəfindən səpələnən pulları yığaraq əskinasları banka qaytarıblar.

 

Bankdan qarət edilən pulun məbləği açıqlanmır. Bununla belə, polis çavuşu Cim Ceffokat hadisə nəticəsində "minlərlə dollar"ın itdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş