Öcalan PKK-çılara müraciət edib: “Silahı yerə qoyun”

Dünya

27.02.2025 - 20:19

Həkimlər Klinikalar SEO Xidməti

“PKK özünü buraxmalı, terror təşkilatı ləğv edilməlidir”

PKK terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarına yazılı müraciət ünvanlayıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, İmralı adasında həbs həyatı yaşayan terror təşkilatının başçısının məktubu türk, kürd, ərəb və ingilis dillərində Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Parti) nümayəndələri tərəfindən səsləndirilib.

Türkcə mətni Pervin Buldan, kürdcəni isə Ahmet Türk oxuyub.

Öcalan müraciətində tərəfdarlarına silahı yerə qoymağa və sivil yolla qurultay keçirərək, siyasi mübarizəyə qoşulmağa çağırıb.

“PKK özünü buraxmalı, terror təşkilatı ləğv edilməlidir. 1990-cı illərdə daxili səbəblərdən real sosializmin çökməsi, ölkədə kimlik inkarının aradan qalxması, ifadə azadlığındakı inkişaflar PKK-nın varlığının mənasız olmasına səbəb oldu. Odur ki, bu mövcud vəziyyət bu qurumun öz həmkarları kimi ömrünü tamamlamış və son qoyulmasını zəruri edib. Qurultayınızı toplayın və dövlət və cəmiyyətə inteqrasiya üçün qərarlar qəbul edin. Çünki məcburi şəkildə dayandırılmamış hər bir müasir cəmiyyət və partiya bunu könüllü olaraq edəcək; bütün qruplar silahı yerə qoymalı, PKK özünü buraxmalıdır”, - Öcalan qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət