Nyu-Yorkda iki sinaqoq bomba təhlükəsi səbəbindən boşaldılıb

Dünya

05.05.2024 - 12:45

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb

Nyu-Yorkda iki sinaqoq bomba təhlükəsi səbəbindən boşaldılıb. AYNA xəbər verir ki, bu barədə “The New York Post” Amerika şəhərinin hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, mayın 4-də üç sinaqoqda bomba təhlükəsi qeydə alınıb və onlardan ikisi təxliyə edilib. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Bundan əvvəl ABŞ Prezidentliyinə namizəd Donald Tramp hazırkı dövlət başçısı Co Baydeni yəhudilərə və fələstinlilərə nifrət etməkdə ittiham edib. Siyasətçi ABŞ-da Qəzza zolağındakı müharibə ilə bağlı etiraz aksiyalarını xatırladıb.

Keçmiş Prezidentin sözlərinə görə, bunlar Baydenin hər dəfə "yanlış siqnal göndərdiyi" üçün baş verir.

Bundan əlavə, Tramp Baydeni nə etdiyini bilməməkdə günahlandırıb.

Müəllif: Ayna.az