Ağır yanıq xəsarətləri alan 15 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyanın cənubunda neft emalı zavodunda baş verən partlayış nəticəsində azı 35 nəfər həlak olub.
AYNA xəbər verir ki, bu barədə "Vanguard" qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, ağır yanıq xəsarətləri alan daha 15 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır.