Nigeriyada qayıq qəzası: 25 nəfər ölüb

Dünya

05.01.2026 - 10:11

Qayıqda olanlardan 14-ü itkin düşmüş hesab olunur

Nigeriyanın şimalında qayıq qəzası baş verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hadisə nəticəsində 25 nəfər ölüb.

Bildirilir ki, hadisə onlarla sərnişini daşıyan qayıq Ciqava ştatının Adiyani kəndindən qonşu Yobe ştatına hərəkət edərkən baş verib.

Hakimiyyət orqanlarının məlumatına görə, qayıq yaranan sızma səbəbindən batıb. Qayıqda ümumilikdə 52 nəfər olub və onlardan yalnız 13-nü xilas etmək mümkün olub.

Azı 14 sərnişin itkin düşmüş hesab olunur. Ölən və zərərçəkənlərin əksəriyyəti bazardan evə qayıdanlar olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş