Nigeriyada partlayış nəticəsində 7 əsgər həlak olub

Dünya

27.07.2024 - 02:27

Həkimlər Klinikalar SEO Xidməti

Hərbçilər patrulun heyətində olublar

Nigeriyanın şimal-şərqində yolda əldəqayırma minanın partlaması nəticəsində azı 7 əsgər həlak olub.

AYNA xəbər verir ki, bu barədə “Reuters” yerli hərbçilərə istinadən bildirib.

Qəzet bildirib ki, Borno əyalətində Monquno və Baqa yaşayış məntəqələri arasındakı yolda bir ordu maşını partladılıb. Hərbçilər patrulun heyətində olublar.

Qeyd edək ki, Borno əyalətində bir neçə ekstremist qrup fəaliyyət göstərir. Onların ən böyüyü Boko Haramdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş