Niderland Ukraynaya 110 milyon avro ayıracaq

Dünya

11.11.2022 - 23:47

Həkimlər Klinikalar SEO Xidməti

Maliyyələşdirmə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə həyata keçiriləcək

Niderland Ukraynaya qışa hazırlıq üçün 110 milyon avro ayırır. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niderland hökumətinin yaydığı məlumatda deyilir.

Vəsait ölkədə sığınacaqların təşkili, dağılmış evlərin təmiri, qaz və elektrik enerjisinin alınmasına sərf olunacaq. Maliyyənin bir hissəsi birbaşa Ukraynanın zədələnmiş enerji şəbəkəsinin təmiri üçün ehtiyat hissələrin alınmasına yönəldiləcək.

Tranş kabinetin oktyabrda Ukraynaya göndərəcəyinə söz verdiyi 70 milyon avroya əlavədir. Maliyyələşdirmə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə həyata keçiriləcək.

Dünya Bankının və ukraynalı ekspertlərin hesablamalarına görə, ölkəni qışa hazırlamaq üçün azı 3,5 milyard avro lazımdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş