Baş nazir: “Bu məsələdə son dərəcə diqqətli olmaq lazımdır”
Niderland hərbi yaşda olan ukraynalı kişilərin, o cümlədən hərbi xidmətdən yayınanların vətənlərinə göndərilməsi imkanlarını araşdırır. AYNA “De Volkskrant” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Dik Şof bildirib.
Baş nazir deyib ki, bu məsələdə "son dərəcə diqqətli" olmaq lazımdır.
Niderland Milli Statistika Bürosunun məlumatına görə, 2023-cü ilin noyabrına olan məlumata görə, ölkədə təxminən 19 min hərbi yaşda olan ukraynalı yaşayır. Eyni zamanda, ötən ilin sonunda ölkədə 39 minə yaxın Ukraynadan olan kişi qeydiyyata alınıb.