Netanyahu Qəzza zolağına səfər edib

Dünya

19.07.2024 - 11:24

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazirin Refaha səfərinin təfərrüatları sonra açıqlanacaq

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının cənubundakı Rəfah şəhərinə səfər edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Baş nazir aparatının müşaviri Dmitri Gendelman bildirib.

Onun səfərinin təfərrüatlarının daha sonra açıqlanacağı qeyd edilib.

İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatı zamanı Netanyahu şəxsən ilk dəfə 26 noyabr 2023-cü ildə anklavı ziyarət edib. Sonra sektorun şimal hissəsinə baş çəkib və hərbçilərlə söhbət edərək kampaniyanı “qələbəylə” başa çatdıracağını vəd edib. Həmin vaxt Qəzzada humanitar pauza olub və dekabrın 1-də fasilə aradan qalxıb. Daha sonra Baş nazirin həmin il dekabrın 25-də Qəzza zolağına səfəri barədə məlumat verilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş