Nəşi tapılan şəhidimiz dəfn olunub

Xəbərlər

28.04.2021 - 15:10

Həkimlər Klinikalar SEO Xidməti

Elvin Mustafayev Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb

 

Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz dəfn edilib. AYNA xəbər verir ki, Elvin Fuad oğlu Mustafayevin nəşi doğulduğu Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Şəhidlə vida mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

 

Qeyd edək ki, Elvin Mustafayev 1997-ci ildə Gəncə şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə itkin düşmüşdü. Şəhid olan hərbi qulluqçumuzun nəşi dünən tapılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş