Nərmin Quliyeva cinayəti: Qohum qohuma cavabdehdir?

Cəmiyyət

06.02.2021 - 20:14

İlkin Süleymanovun qohumlarına qarşı rəsmi ittiham irəli sürülməyib, lakin...

 

Keçən əsrin 30-cu illərində SSRİ-də “oğul ataya cavabdeh deyil” ifadəsi ortaya çıxdı. Bu ifadənin ortaya çıxması qurbanları cəmiyyətin müxtəlif sahələrinin nümayəndələri olan repressiya ilə əlaqələndirildi. Repressiya olunanların övladları rəsmi olaraq məsuliyyətdən azad edildi. Ancaq, əslində onlar da zülmə məruz qalırdılar - universitetlərdən, komsomoldan, işlərindən qovulurdular.

 

1 fevral 2021-ci il tarixində “Şarq” qəzeti, 21 noyabr 2019-cu ildə öldürülən, 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyevlə müsahibə dəcr etdi. Xatırlatmaq istəyirik ki, Tovuz rayonunun Quşçu Dondar kəndində yaşayan Nərmin Quliyevanın cəsədi 6 yanvar 2020-ci il tarixində tapılmışdı. Həmin kəndin sakini İlkin Süleymanov Nərmin Quliyevanın qətlində ittiham olunurdu.

 

Müsahibə zamanı Ş.Quliyev, ittiham edilən İlkinin Nərmini “qohumları ilə birlikdə” qətl etdiyini söyləyib. O, “Bütün məsuliyyəti yalnız İlkinin boynuna qoydular” açıqlamasını verib.

 

Xatırlatmaq istəyirik ki, Azərbaycan Baş Prokurorluğu qətl istintaqının gedişi ilə bağlı dəfələrlə açıqlamalar verib. Bütün bu ifadələr İlkin Süleymanovun bu cinayətin yeganə iştirakçısı olduğunu göstərir. Bəlkə, istintaq zamanı İlkin Süleymanov yaxınlarının bu cinayətdə iştirak etdiyini göstərən yeni məlumatlar aşkarlanıb?

 

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalovun AYNA-ya açıqlamasına görə, Nərmin Quliyevanın işində yeni məlumatlar çıxsaydı, bu barədə mütləq ictimaiyyət məlumatlandırılardı.

 

İ.Süleymanovun vəkili Əlibaba Rzayev də AYNA-ya deyib ki, prokurorluq müvəkkilinin qohumlarına qarşı heç bir ittiham irəli sürməyib.

 

Elə İlkin Süleymanovun qardaşı Adil Süleymanov da qardaşının qohumlarına qarşı heç bir ittiham irəli sürülməməsi barədə vəkilini dediklərini təsdiqləyib: “Buna baxmayaraq, yaxınlarına təzyiq edilir. Əmim oğlu polisdən istefa etmək məcburiyyətində qaldı. Şəxsi bir şirkətdə çalışan əmim də işdən çıxarıldı”.

Müəllif: Rəşad Rüstəmov