Nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılır

Cəmiyyət

08.06.2021 - 00:28

Həkimlər Klinikalar SEO Xidməti

Bakı Nəqliyyat Agentliyi məlumat yayıb 

 

Bu gün səhər saat 06:00-dan Bakıda şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq.

 

Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

 

Qeyd edilib ki, 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də ləğv edilir.

 

“Bir daha bütün şəhər sakinlərinə məhdudiyyətlərin tətbiq edildiyi günlərdə göstərdikləri anlayış üçün təşəkkür edirik”, - BNA-dan əlavə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş