İxtişaşlarda 1300-dən çox insan yaralanıb
Nepalda iğtişaşlar zamanı 50-dən çox adam ölüb. AYNA.AZ xəbər verir ki, bu barədə “France-Press” agentliyi polisə istinadən məlumat yayıb.
Daha əvvəl qarşıdurmalarda 34 nəfərin öldüyü bildirilirdi.
Hüquq-mühafizə orqanlarının yenilənmiş məlumatlarına görə, 51 nəfər ölüb, 1300-dən çox insan yaralanıb.
Qeyd edək ki, bu həftənin əvvəlində Nepalın Katmandu və digər şəhərlərində korrupsiyaya və sosial media qadağasına qarşı etirazlardan sonra iğtişaşlar başlayıb. Onlar Baş nazir Şarma Olinin istefasına səbəb olub. Etirazların əsas iştirakçıları tələbələr və “Gen-Z” gənclər hərəkatının fəalları olub.
Etirazçılar hökumət binalarını, o cümlədən parlament, Ali Məhkəmə, prokurorluq binalarını yandırıb, siyasətçilərin və məmurların evlərinə hücum ediblər. Ölkədə komendant saatı tətbiq olunub.