Nensi Pelosi ABŞ Konqresindən gedir

Dünya

07.11.2025 - 08:45

"Konqresə yenidən seçilmək üçün namizədliyini irəli sürməyəcəyəm”

Nensi Pelosi ABŞ Konqresindən gedəcəyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə cümə axşamı, 6 noyabr tarixində “The Washington Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, Pelosi Amerika qanunvericilik orqanının tarixində təxminən 40 illik siyasi karyerasına son qoyub.

Siyasətçi 2026-cı il seçkilərində yenidən seçilmək üçün namizədliyini irəli sürməyəcək. O 2000-ci ildən 2022-ci ilə qədər 20 il ərzində Nümayəndələr Palatasında Demokrat Partiyasını təmsil edib.

"Konqresə yenidən seçilmək üçün namizədliyini irəli sürməyəcəyəm. Ürəyimdə minnətdarlıq hissi ilə sizin nümayəndəniz kimi son ilimi səbirsizliklə gözləyirəm. Sevdiyim şəhərə mesajım budur: San-Fransisko, gücünüzü anlayın. Biz tarix yaratdıq. Biz irəliləyiş əldə etdik. Biz həmişə lider olmuşuq", - deyə nəşr Nensi Pelosinin sözlərindən sitat gətirib.

2024-cü ilin iyun ayında siyasətçi keçmiş Prezidenti Co Baydenə seçkilərdə qalib gəlməyəcəyini və ABŞ Prezidenti Donald Trampı xalq səsverməsində məğlub etməyəcəyini proqnozlaşdırmışdı. Həmin vaxt Pelosi həmçinin Baydenə gizli şəkildə bildirib ki, əgər o yarışdan çəkilməsə, Demokratların Nümayəndələr Palatasında qalib gəlmək şanslarını məhv edəcək.

Qeyd etmək lazımdır ki, Nensi Pelosi ermənipərəst mövqeyi ilə tanınır. Nensi Pelosi 2022-ci ildə Ermənistana səfəri zamanı qondarma “erməni soyqırımı” qurbanlarının xatirə abidəsinin qarşısında göz yaşları töküb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş