"Neftçi" "Qarabağ"a məğlub oldu

İdman

09.10.2023 - 05:29

Azərbaycan Premyer Liqasında dövrənin sonuncu - IX turunun son oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında dövrənin sonuncu - IX turunun son oyunu keçirilib. AYNA xəbər verir ki, günün mərkəzi matçında "Qarabağ" "Neftçi"nin qonağı olub.

Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "köhlən atlar" birinci pilləyə yüksəlib. "Ağ-qaralar" isə 12 xalla beşinci sırada qərarlaşıb.

Müəllif: Ayna.az