“Qarabağ”ın potensial rəqibləri dəqiqləşdi

İdman

18.09.2020 - 16:40

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb

 

Sentyabrın 18-də UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsinin püşkü atılıb. AYNA xəbər verir ki, püşkün nəticəsində “Qarabağ” klubunun pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib. Ağdamlılar “Legiya” (Polşa) - “Drita” (Kosovo) qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.

 

Qeyd edək ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin oyunları sentyabrın 24-də, pley-off matçları isə oktyabrın 1-də keçiriləcək.

 

“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə görüşdə 11 metrlik cərimə zərbələri seriyasında uduzduğu üçün mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.

Müəllif: Ayna.az