Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bu gün səhər saatlarında Neftçala rayonunun Qaçaqkənd sakini, 1970-ci il təvəllüdlü şəxsin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynov Hüseyn müəyyən edilərək saxlanılıb.
Ondan cinayət aləti olan ov tüfəngi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.