Neftçalada evdə yanğın olub

Xəbərlər

07.08.2024 - 11:10

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Neftçalada dördotaqlı evdə yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonunun Aşağı Surra kəndində ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş