Nebenzya: “Qırmızı dənizdəki vəziyyət Qəzzada baş verənlərlə birbaşa əlaqəlidir”

Dünya

04.01.2024 - 14:58

cedabet dərman SEO Xidməti

“Eskalasiya Fələstin ərazilərində, eləcə də İsrail və Livan sərhədində də müşahidə olunur”

“Rusiya Qırmızı dənizdəki vəziyyətdən ciddi narahatdır və əmindir ki, orada baş verənlər Qəzza zolağında baş verən zorakılıqla birbaşa əlaqəlidir”. AYNA rus mediasına istinadən xəbər verir ki, bu sözlaəri Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə, Qırmızı dənizdə və Ədən körfəzində naviqasiya azadlığının təmin edilməsi problemi həyəcan verici şəkildə inkişaf edir.

Diplomat qeyd edib ki, eskalasiya Fələstin ərazilərində, eləcə də İsrail və Livan sərhədində də müşahidə olunur.

Nebenzya mülki gəmilərə edilən hücumları pisləyib və “Galaxy Leader” və onun heyətinin dərhal azad edilməsini tələb edib.

Qeyd edək ki, İsrailin “Galaxy Leader” gəmisi Qırmızı dənizdə husilər tərəfindən ələ keçirilib. Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının yaratdığı Respublika Ali Siyasi Şurasının üzvü Husi Məhəmməd Əli əl-Husi bildirib ki, İsrail Qəzza zolağında əməliyyatı dayandırmayınca gəmi buraxılmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş