Cəsarət Valehov: "Dərslərin sayı normativi aşmadan müəyyən edilir"
Təhsil Nazirliyi məktəbdə keçirilən dərslərlə bağlı açıqlama yayıb.
AYNA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov "Facebook" hesabında dərs cədvəlinin məktəb səviyyəsində tərtib edildiyini yazıb.
O qeyd edib ki, bu zaman V-IX siniflərdə əyani dərslərin həftədə 2 dəfə keçirilməsi nəzərdə tutulmaqla dərslərin sayı normativi aşmadan müəyyən edilir.
Qeyd edək ki, fevral ayının 1-dən məktəblərdə əyani tədris qismən bərpa olunub.